Nazir onu Zaur Zeynalovun yerinə idarə rəisi gətirdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat olub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə sözügedən idarəyə rəis əvəzi daxili xidmət mayoru Əli Quliyev gətirilib.
Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş İdarəsinin rəisi polkovnik Zaur Zeynalov vəzifəsindən azad edilib. Buna idarədə ciddi maliyyə pozuntularının aşkarlanmasının səbəb olduğu deyilir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26