Interposta.Info

Nazirdən generalın və idarə rəisinin yerinə təyinatlar

Ölkə
 23-04-2022, 12:19     598

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov işdən çıxarılan idarə rəislərinin yerinə yeni şəxsləri təyin edib.

Qaynarinfo-ya FHN-nə yaxın mənbələrin verdiyi məlumatına görə, nazirin müvafiq əmri ilə polkovnik Zaur Zeynalov Fövqəladə Hallar Nazirliyinin Maliyyə-İqtisadiyyat Baş idarəsinin rəisi vəzifəsinə təyin olunub.

K.Heydərovun digər əmri ilə, hüquq idarəsinin rəisi vəzifəsinə İlhamə Paşa qızı Turabova təyin olunub.

Onların hər ikisi bundan əvvəl sözügedən idarələrin rəis müavinləri olublar.

Qeyd edək ki, FHN-nin Maliyyə-iqtisadiyyat Baş idarəsində aparılan yoxlamalar zamanı Nağı Nağıyevin rəhbəri olduğu qurumda ciddi qanun pozuntuları aşkarlandığı üçün K.Heydərov onu tutduğu vəzifəsindən azad edib. Hüquq idarəsinin rəisi (mülki) Nərgiz Yusubova isə öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26