Interposta.Info

Sabah metro saat 01:00-a qədər işləyəcək

Ölkə
 21-02-2024, 16:32     27 660

UEFA Avropa Liqasının keçid pley-off mərhələsində mübarizə aparan "Qarabağ” futbol klubunun ev oyunu ilə əlaqədar "Bakı metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Bakı metrosundan "İnterPosta"ya bildirilib ki, AFFA-nın müraciəti əsasında gecə saatlarında başa çatacaq matça görə "Bakı metropoliteni” QSC-nin stansiyalarında iş saatları fevralın 22-dən fevralın 23-nə keçən gecə 1 saat uzadılacaq.

"Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionundan çıxacaq sərnişinlərin gecə saatlarında mənzil başına rahat çatması üçün bütün stansiyalar 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Həmçinin, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə və qarşılaşmaya azarkeş marağı nəzərə alınaraq stansiyalarda bir sıra tədbirlər görüləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26