Interposta.Info

Konfrans Liqası: “Qarabağ” Belçika klubuna qarşı

İdman / Manşet
 16-02-2023, 09:36     462

"Qarabağ" üçün tarixi oyun: "Gent"i əliboş yola salmaq mümkün olacaqmı?

"Qarabağ” bu gün Avropa Konfrans Liqasının pley-off mərhələsində ilk oyununa çıxacaq.

Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın "Gent” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna saat 21:45-də start veriləcək.

"Gent”lə qarşılaşma Ağdam təmsilçisinin Konfrans Liqasının pley-off mərhələsində ikinci sınağıdır. "Qarabağ” ötən il bu mərhələdə Fransanın "Olimpik” (Marsel) komandası ilə qarşılaşmış və mübarizəni dayandırmışdı.

Bu oyun Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq. İndiyədək baş tutan 10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9.

"Qarabağ”la "Gent” arasında cavab oyunu fevralın 23-də, Belçikada keçiriləcək.

Konfrans Liqası
1/16 final (İlk oyunu)
16 fevral

21.45 Qarabağ - Gent
Hakimlər: Məhəmməd Əl-Hakim, Fredrik Kliver, Robin Vilde, Boyan Pandziç (hamısı İsveç).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26