Interposta.Info

Gülüstan müqaviləsinin imzalandığı yerdən görüntülər (VİDEO)

Ölkə
 12-02-2024, 21:54     28 208

Birinci Qarabağ müharibəsindən sonra neytral ərazi kimi Goranboyun Gülüstan kəndinin görüntüləri yayılıb.

"Qafqazinfo”nun məlumatıa görə, birinci Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri kənddə nəzarəti ələ keçiriblər. Lakin həmin il hücuma keçən Azərbaycan ordusu kəndi erməni işğalından azad edib. Kəndin Azərbaycanın nəzarətində olduğu dövlərdə erməni ordusu bura bir neçə dəfə həmlə edərək mülki əhalini və hərbçiləri öldürməyə cəhd edib.

Təkcə 19 sentyabr 1992-ci ildə erməni birləşmələrinin Gülüstan kəndinə silahlı basqını nəticəsində 22 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Qarabağ müharibəsindən sonra neytral ərazidə qalan Gülüstan kəndi işğal altında olmuş digər ərazilərimiz kimi xarabalığı xatırladıq. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan ordusu Gülüstan kəndi istiqamətində bəzi yolları işğaldan azad edərək cəbhə xəttində irəliləyib.

Gülüstan kəndi Murovdağ silsiləsinin yamacındadır. Kəndin ərazisində 12-ci əsrdə tikilmiş Gülüstan qalası yerləşir ki, ondan da geriyə qalıqları qalıb. Tarixi Gülüstan müqaviləsi bu qalada imzalanıb.

Gülüstan kəndindən və tarixi qaladan geriyə qalan görüntüləri təqdim edirik:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26