Interposta.Info

Fərrux yüksəkliklərində keçirilən antiterror əməliyyatından bir il ötür

Ölkə
 24-03-2023, 09:55     200

Bu gün Azərbaycan Ordusunun Fərrux yüksəkliyində keçirdiyi antiterror əməliyyatından bir il ötür.

"İnterPosta"xəbər verir ki, Fərrux əməliyyatı Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, "Daşbaşı" yüksəkliyi və "Sağsağan" dağ silsiləsinin azad olunması üçün Azərbaycan tərəfindən aparılmış hərbi əməliyyatdır.

Ötən ilin 24 mart tarixində başlayan hərbi əməliyyatlar 4 gün davam edərək 28 mart tarixində Azərbaycanın qələbəsi ilə yekunlaşıb.

Əməliyyat nəticəsində Azərbaycan Ordusu ilk növbədə Xaçınçayın mənsəbini və ən böyük şirin su anbarını işğaldan azad etdi. Bununla da Ağdam rayonunun bir çox ətraf yaşayış məntəqələrini və geniş əkin sahələrini təmin etməyə qadir Xaçınçay su anbarını mühafizə altına aldı.

Bundan başqa Fərrux kəndi işğaldan azad edildi, Fərrux dağı ətrafındakı mühüm yüksəkliklər tutuldu, bununla Fərrux dağının ətəyindəki geniş vadini erməni terrorçularından azad edərək, Cinli, Çullu, Əlimədətli, Mollalar və Əliağalı kəndlərinin təhlükəsizliyini təmin edildi.
Əməliyyatdan sonra Ağdam şəhəri və rayonun 9 kəndi Dağlıq Qarabağ ərazisində yerləşən erməni silahlı dəstələrinin vizual nəzarətindən çıxıb, Xankəndi-Ağdərə avtomobil yoluna Azərbaycan Silahlı Qüvvələrinin vizual nəzarəti təmin edilib.

Həmçinin Fərrux dağında Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti əldə etməsi Xocalı rayonunun Pirlər kəndinə də tam nəzarət imkanları yaradır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26