Küləkli və yağıntılı hava nə vaxtadək davam edəcək?

Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək davam edəcək.
"İnterPosta" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yağıntılı hava şəraitinin yanvarın 15-dək davam edəcəyi gözlənilir.
Qeyd edək ki, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26