Interposta.Info

 

Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb

Ölkə
 29-12-2023, 22:30     93 329

Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb.

APA xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb.

Abşeron rayon sakini 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi “Hova” markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə yük avtomobili aşıb. Sürücü A.Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26