Interposta.Info

Naxçıvan Ali Məclisi məhkəməyə verildi
 

Ölkə
 26-12-2023, 14:41     27 363

Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisi məhkəməyə verilib.

"İnterPosta"xəbər verir ki, iddiaçı Əbilhəsənov Zahir Məmməd oğludur.

Onun iddiasına Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. İş hakim Hicran Muradovun icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

Zahir Əbilhəsənov haqqında da hər hansı məlumata rast gəlinmir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tutduğu vəzifədən azad edildikdən sonra sədrin səlahiyyətlərini birinci müavin Azər Zeynalov icra edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26