Interposta.Info

Amansız xəstəliklə mübarizə aparan şəxs: “Övlad toyu görmədən dünyadan köçmək istəmirəm, kömək edin” - FOTO

Ölkə
 23-12-2023, 11:00     39 935

62 yaşlı Tağıyev Kamil ağır xəstəlikdən əziyyət çəkir.

Bu barədə "İnterPosta"-ya o özü məlumat verib.

O qeyd edib ki, artıq bir ilə yaxındır, bağırsaq xərçəngi ilə mübarizə aparır:

“Bu ilin yanvar ayında ağır xəstəliyə düçar olduğumu öyrəndim. Hal-hazırda düz bağırsağın yayılmış karsinoması - parçalanma mərhələsindəyəm. Fevralın 4-də əməliyyat edilərək kolostoma qoyuldu.

Bundan əlavə, şəkər xəstəsiyəm. Hazırda ağciyərimdə yaranmış problemlərlə əlaqədar müalicə alıram. Aylıq müalicə xərclərim isə 1 500 manata yaxındır. Müalicəsində kimyaterapiya zamanı müsbət dinamika ortaya çıxıb və sağalmağıma ümid yaranıb. Hazırda məqsəd şişin uyğun ölçüyə qədər kiçilməsi və sonra əməliyyatla götürülməsidir. Lakin mənim bu pulu qarşılamağa imkanım çatmır. İki övladım var. Heç onların xeyir işini belə görməmişəm. Onların toyunu görmədən bu dünyadan köçmək istəmirəm. Övladlarım çox çalışırlar ki, mənim müalicəmi qarşılaya bilsinlər. Lakin bu o qədər xərc tələb edən xəstəlikdir ki, dağ olsa, dayanmaz. Oğlum və qızım müalicəm üçün pul axtarırlar deyə onların yanında utanıram. Xalqımızdan, imkanlı şəxslərdən mənə əl tutmalarını, dəstək olmalarını xahiş edirəm. Mənə bir ayın müalicəsi üçün 1 500 manat pul lazımdır. Bu pulun 800 manatı yardımsevər insanların dəstəyi ilə toplanıb. 700 manat əskik qalıb”.

Leo Bank: 4098 5844 5882 9916

Əlaqə nömrəsi: (055) 816-16-27

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26