Interposta.Info

Fədayə ilə bağlı üzücü xəbər: ağır xəstəliklə mübarizə aparır

Maqazin
 2-06-2018, 12:00     10 831

Bakıda 2 məhbusun qaçmasında təqsirləndirilərək həbs edilən müğənni Fədayə Laçının səhhətində problemlər yaşanır.

"XeberBiz" xəbər verir ki, bu barədə yenicag.az-a açıqlamasında müğənninin vəkili Türkel Süleymanlı bildirib:

"Fədayə xanım hepatit xəstəsidir. Bilirsiniz ki, bu ağır xəstəlikdir, asanlıqla sağalmır. Xəstə mütəmadi olaraq dərman qəbul etməlidir. Fədayə xanım da ağır xəstəlikdən sağalmaq üçün müalicə olunur”.

Vəkil istintaqın hələ də davam etdiyini bildirib:

"İstintaqın bitməsini gözləyirik. Yekunlaşsın, məhkəməyə müraciət edəcəyik”.

F. Laçının bacısı İlahə Fəda ilə də əlaqə saxladıq. O sadəcə bacısı barədə bir kəlmə də olsun danışmaq istəmədiyini dedi.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26