Interposta.Info

Bakıda gəzinti qayığı batdı, sərnişinlər xilas edildi (YENİLƏNİB)

 

Ölkə
 22-12-2023, 12:36     38 513

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə Daxili İşlər
Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən "İnterPosta"-ya bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

Bakıda dənizdə gəzinti qayığı batıb.

Bu barədə "İnterPosta"-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, xilas olunanların sayı və hadisənin sahildən nə qədər kənarda olduğu müəyyən edilir.

Dalğıc-axtarış xilasetmə əməkdaşları hadisə yerinə cəlb edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26