Sumqayıtda 22 yaşlı oğlan bıçaqlanıb
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə “Ceyranbatan bağları” yaşayış massivində qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Samir Sadiq oğlu Bayramov münaqişə zəminində bıçaqlanıb.
Ona xəsarət yetirməkdə qohumu, 1977-ci il təvəllüdlü Nazim Əliş oğlu Əliyev şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26