Interposta.Info

Göygöldə 55 yaşlı kişi bıçaqlanıb

Ölkə
 25-03-2023, 11:42     237

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

1968-ci il təvəllüdlü Səftar Məmmədov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26