Interposta.Info

Ermənistan parlamenti Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləmədi
 

Ölkə
 4-12-2023, 20:16     25 351

Ermənistan parlamentinin Dövlət Hüquq Məsələləri Komissiyası "Ayakve” mülki təşəbbüsü çərçivəsində irəli sürülən qanun layihəsi ilə ölkənin Cinayət Məcəlləsinə təklif etdiyi dəyişikliklərin əleyhinə səs verib.

Ermənistan mediası xəbər verir ki, dəyişikliklər Qarabağın öz müqəddəratını təyinetmə hüququndan imtinaya görə cinayət məsuliyyətini nəzərdə tuturdu.

Layihəni Milli Assambleyanın müvafiq komissiyasına "Hayastan” fraksiyasının katibi Artsvik Minasyan təqdim edib. Lakin komissiya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasına qoyulan qadağanı dəstəkləməyib.

Komissiyanın üç üzvü (müxalifət nümayəndələri) qanun layihəsinin qəbulunun lehinə, yeddisi isə (hakim "Mülki müqavilə” fraksiyasından olan parlamentarilər) əleyhinə səs verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26