Interposta.Info

 

Ağcabədi rayonunda polis əməkdaşları odlu silahlar aşkarlayıblar

Ölkə
 25-11-2023, 10:14     31 060

Ağcabədi rayonunda polis əməkdaşları tərəfindən odlu silahlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən bir avtomat və həmin silaha məxsus beş patron, bir tapança və bir tüfəng tapılaraq götürülüb.
Eyni zamanda, davam etdirilən profilaktiki tədbirlərlə vətəndaşlarda olan daha dörd tüfəng də polisə təhvil verilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26