Interposta.Info

Polisə hücum çəkdi və...- HADİSƏ

Ölkə
 13-11-2023, 14:38     23 374


Bakıda narkotik maddələrin satışında şübhəli bilinən şəxslə bağlı əməliyyat tədbirini pozan şəxs həbs edilib. 
"İnterPosta" məlumatına görə, hadisə Bakı şəhəri, Biləcəri qəsəbəsində baş verib.
Belə ki, əməliyyat məlumatı əsasında polis Vüsal adlı şəxsin narkotik maddələrin satışı ilə məşğul olduğunu müəyyən edib. Şübhəli şəxsin yerinin müəyyən edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində polis onu yaşadığı ərazidə saxlamaq istəyib. Lakin şübhəli şəxsin qohumları polis əməkdaşlarına hücum edərək, Vüsalın qaçmasına şərait yaradıblar. 
Belə ki, təqsirləndirilən şəxsin qohumu, 1972-ci ildə Bakı şəhərində doğulmuş Cavanşir (ad şərtidir – red.) polis əməkdaşının əlindən qandalı alıb və yerə çırpıb.
 
Cavanşir əmisi nəvəsi olan Vüsal adlı şəxsin qaçmasınma şərait yaradıb. Nəticədə Cavanşir saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib. İş Binəqədi Rayon Məhkəməsində göndərilib. Məhkəmənin qərarı ilə, Cavaşir, 20 gün müddətinə inzibati həbs edilib.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26