Interposta.Info

 

Paytaxtda bədbəxt hadisə: Ana qızını xilas etmək istəyərkən öldü - YENİLƏNİB + FOTO

Ölkə / Manşet
 6-11-2023, 09:30     69 502

“Paytaxtın Qaradağ rayonunda ana və qızı ehtiyatsızlıqdan yaşayış binasının 9-cu mərtəbəsinin eyvanından yıxılıblar. Bəzi kütləvi informasiya vasitələri qadının azyaşlı qızı ilə birlikdə özünü binanın 9-cu mərtəbəsindən atdığına dair məlumat yayılıb”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Facebook” hesabında məlumat verib.
“Mənzilin eyvanında pəncərələri təmizləyən yeniyetmə qız az qala pəncərədən yıxılacaqdı. Qızını xilas etmək istəyən anası da müvazinətini itirərək onunla birlikdə yıxılıb.
Nəticədə ana aldığı xəsarətlərdən yerindəcə keçinib, qızı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır”, - deyə paylaşımda qeyd olunub.
16:32
Bakıda intihar hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
1984-cü il təvəllüdlü Pərvanə Tarverdiyeva və qızı 2008-ci il təvəllüdlü Z. Tarverdiyeva 9-cu mərtəbədən özünü atıb.
Nəticədə ana ölüb, qızı ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
15:04
Bakıda dəhşətli intihar hadisəsi baş verib. 
Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb.
Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26