Qubada iki uşaq anası intihar edib
Quba rayonunda 38 yaşlı qadın intihar edib.
"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1981-ci il təvəllüdlü Sevinc Gülağa qızı Nemətova özünü su kanalına ataraq intihar edib. Onun meyitini kənd sakinləri sudan çıxarıb.
S.Nemətovanın iki uşaq anası olduğu, həyat yoldaşının ürək xəstəliyindən əziyyət çəkdiyi, ailənin də maddi durumunun aşağı olduğu bildirilir.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26