Interposta.Info

Aİ Xarici İşlər Şurası Azərbaycan və Ermənistanla bağlı vəziyyəti müzakirə edəcək
 

Ölkə
 3-11-2023, 23:37     34 607

Avropa İttifaqının Xarici İşlər Şurasının iclasında Azərbaycan və Ermənistan ətrafındakı son vəziyyət müzakirə olunacaq.

APA xəbər verir ki, noyabrın 13-də keçiriləcək iclasa Aİ-nin Xarici işlər və Təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel sədrlik edəcək.

Aİ-nin xarici işlər nazirləri iclasda Rusiya-Ukrayna münaqişəsini, Azərbaycan və Ermənistan ətrafındakı son hadisələri müzakirə edəcəklər.

Noyabrın 14-də isə nazirlər İsrail, regiondakı vəziyyət və cari məsələlər, həmçinin Aİ-nin Ukraynaya dəstəyi barədə fikir mübadiləsi aparacaqlar.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26