Interposta.Info

Avropa İttifaqı Şurasının təcili iclası keçiriləcək

Dünya
 17-05-2021, 17:56     526

Bu gün Avropa İttifaqı Şurasının xarici siyasət məsələləri üzrə təcili müşavirəsinin keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, Aİ üzvləri olan dövlətlərin xarici siyasət idarələrinin rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə etmək üçün Brüsseldə toplaşacaqlar. Aİ diplomatiyasının rəhbəri Jozep Borrel özünün sosial şəbəkələrindəki akkauntunda bildirib ki, nazirlər Avropa İttifaqı tərəfindən cari vəziyyətə təsir göstərilməsi yollarını müzakirə edəcəklər. Borrel özünün twitter mikrobloqunda yazıb: “Biz indiki eskalasiyaya son qoyulmasına Brüsselin necə kömək edə biləcəyini müzakirə edəcəyik”.

Borrel dünən Fələstin Prezidenti Mahmud Abbas ilə söhbət edib.

BMT Təhlükəsizlik Şurası yaranmış vəziyyəti Nyu-Yorkda təcili iclasda müzakirə etmək niyyətindədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26