Interposta.Info

Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı

Ölkə
 1-11-2023, 16:26     20 162

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan sabiq deputat Nazim Bəydəmirli barəsində serçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

"Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda iş üzrə istintaq hərəkətlərinin davam etməsi səbəbindən seçilmiş qətimkan tədbirinin uzadılması istənilib.

Təqsirləndirilən şəxsin vəkili təqdimata etiraz edib.

Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərar elan edib.

Qərara əsasən, N.Bəydəmirlinin həbsdə saxlanılma müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, Nazim Bəydəmirli bu ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Eks-deputata qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26