Interposta.Info

Sumqayıtda silahlı hücum zamanı xəsarət alanların sayı artdı - YENİLƏNİB + FOTO/VİDEO

Ölkə / Manşet
 28-10-2023, 09:53     31 268

Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin sayı məlum olub.

“Report”un yerli bürosunun məlumatına görə, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib.

Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır.

Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağıq olaraq qalır.

09:01

Sumqayıtdakı silahlı basqının daha bir neçə təfərrüatı məlum olub.

APA xəbər verir ki, hücumda 1985-ci il təvəllüdlü Karakaş Suzanna və 1950-ci il təvəllüdlü Fərəcov Dağbəyi ölüblər.

İlkin məlumata görə, yaralılar Fərəcov Tərlan və Karakaş Serkan reanimasiyadadır. Serkanın vəziyyəti ağırdır.
06:51

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var.

“Report”un məlumatına görə, hadisə 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib.

Belə ki, evə silahlı hücum zamanı ailənin iki üzvü öldürülüb, yaralılar var. Hazırda yaralıların sayı dəqiqləşdirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26