Interposta.Info

Sentyabrın 14-də Bakıda havanın temperaturu iqlim normasından aşağı olub
 

Ölkə
 15-09-2023, 11:29     162

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 15-də saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-də gündüz saatlarında tədricən kəsilib. 15-də gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Bu barədə xidmətdən xəbər verilib.

Düşən yağıntının miqdarı Biləsuvar və Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu və Astarada 3 mm-dək olub.
Duman Şəmkir, Şamaxı, Lerik və Qrızda müşahidə olunub.

Havanın maksimal temperaturu sentyabrın 14-də Bakıda iqlim normasından 1,4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-də 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26