Interposta.Info

Azərbaycanda havanın temperaturu yüksəlib

Ölkə
 24-03-2020, 12:34     297

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta"ya bildirilib ki, martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.

Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5° yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14°-dək isti, Aran rayonlarında 17-19° isti, dağlıq rayonlarda 11°-dək isti, Naxçıvan MR-da 18°-dək yüksəlib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26