Interposta.Info

Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

Ölkə
 24-08-2021, 11:26     469

Avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

ETSN-dən "İnterPosta"-ya bildirilib ki, yağışın miqdarı Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub.

Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.

Havanın temperaturu avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26