Stomatoloji klinikalarda ƏDV məsələsi

Mən stomatoloji xidmət alıram və əldə etdiyim tibbi xidmət üçün ödədiyim məbləğə görə ƏDV-nin geri qaytarılması hüququmdan istifadə etmək istəyirəm.
Bu baxımdan, fərdi qaydada stomatoloji fəaliyyət göstərən diş həkimi tərəfindən mənə göstərilən tibbi xidmətlərə görə nəzarət-kassa aparatının çeki təqdim edilməlidirmi?
Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 1 yanvar 2023-cü ildən qüvvəyə minmiş müddəalarına əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.
Qeyd olunanlara əsasən, fərdi qaydada göstərilən stomatoloji xidmətlərə görə diş həkimi tərəfindən sizə nəzarət-kassa aparatı çeki təqdim edilməlidir və stomatoloq ƏDV qeydiyyatında olduğu halda, əldə etdiyiniz tibbi xidmətlərə görə ƏDV-nin geri qaytarılması həyata keçirilə bilər./musavat.com
InterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26