Müdafiə Nazirliyinin sabiq rəisinin vəsatəti təmin edilmədi
Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.
"İnterPosta" "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırılıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmənin baxış iclası sentyabrın 25-nə təyin edilib.
Qeyd edək ki, polkovniklər Fikrət Mirzəyev nazirliyin Mənzil İstismar İdarəsinin, Mahir Şirvanov Satınalmalar və Təchizat İdarəsinin, Məlikməmməd Qurbanov isə Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi olub. Onlar 2022-ci ilin əvvəlində həbs ediliblər. Polkovniklərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26