Interposta.Info

Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi saxlanıldı

 

Ölkə / Manşet
 10-03-2022, 16:14     1 427

Müdafiə Nazirliyinin (MN) daha bir sabiq idarə rəisi saxlanılıb.

APA-nın xəbərinə görə, MN-in Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi çərçivəsində saxlanılıb.

O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Fikrət Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Fikrət Mirzəyev 2 il əvvəl vəzifəsindən azad edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində baş verən mənimsəmə faktları ilə bağlı cinayət işinin istintaqını davam etdirir.

Bundan əvvəl Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov və bəzi vəzifəli şəxslər həbs edilib.

Fikrət Mirzəyevin saxlanılması ilə bağlı ilk xəbəri "qafqazinfo.az” saytı yayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26