İntihar işində rüşvət alan müstəntiqlə bağlı qərar
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda rüşvət almaqda ittiham olunan Qaradağ Rayon Prokurorluğunun sabiq müstəntiqi Emin Seyidovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın xəbərinə görə, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Seyidova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Təqsirləndirilən şəxs sınaq müddəti seçilməklə azadlıqda qalıb.
Qeyd: Emin Seyidov intihara cəhd hadisəsində rüşvət tələb etməkdə təqsirləndirilir. 2021-ci ildə özünə xəsarət yetirən Gülşad Mirzəyeva Qaradağ Rayon Prokurorluğunda ifadəsində üç nəfərdən şikayətçi olub. Mirzəyeva sözügedən üç nəfərin onu intihar həddinə çatdırdığını iddia edib. Sözügedən iş prokurorluğun müstəntiqi Seyidovun icraatında olub. İttihama görə, Emin Seyidov işlə bağlı Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev adlı həmin üç nəfərdən 30 min manat pul tələb edib. Əks halda, CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. Danışıqlardan sonra məbləğ 10 min manata düşüb. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26