Interposta.Info

Həbsdə olan şirkət rəhbərinin oğlundan xəbər var

Ölkə
 8-06-2023, 09:20     683

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən şirkət rəhbəri Emin Namazovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədirliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, "Omaks-3” MTK-da rəhbər vəzifə tutmuş Emin Namazov dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilir.

İş üzrə 19 zərərçəkmiş var. Zərərçəkmişlərdən bir çoxu ilə barışıq əldə edilib.

Xatırladaq ki, Emin Namazovun atası Tapdıq Namazov da Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbəri kimi bir mənzili bir neçə vətəndaşa sataraq, 18 nəfərə ümumilikdə 568 min manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26