Interposta.Info

“Rəşad Dağlı başa düşür ki...” (AÇIQLAMA)
 

Ölkə
 24-08-2023, 14:27     140

"Rəşad Dağlı gözəl bilirdi ki, şikayəti təmin edilməyəcək. Odur ki, apellyasiya şikayəti verməyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə deyib. Meyxanaçı hesab edir ki, Rəşad Dağlıya vəkil lazım deyil:

"Vəkil onun nəyinə lazımdır? Bütün Azərbaycan xalqı onun vəkilidir. Rəşad Dağlı gözəl insandır. Rəşad özünü günahkar bilir. İnsanı canından edib, fikirləşir ki, cəzasını çəkməlidir”.

Meyxanaçı Samirə həmkarı Rəşad Dağlı ilə bağlı tez-tez məlumat aldığını vurğulayıb:

"Həbsdədir, bağlı qapı arxasındadır, vəziyyəti necə olar? Yanına getməyi planlaşdırırıq”.

Qeyd edək ki, qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş meyxanaçı Rəşad Dağlı (Əmirov) apellyasiya şikayəti vermək hüququndan istifadə etməyib.

InterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26