Interposta.Info

Elvin Mahmudzadə azadlığa buraxıldı

Ölkə
 11-08-2023, 11:22     225

"Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə azadlığa buraxılıb.

"Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, o, zərərçəkmiş şəxslərə dəymiş 72 min manat məbləğində ziyanı tam ödəyib, barışıq əldə olunub.

Qeyd edək ki, E. Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi.

Ötən ay birlik sədrinə qarşı qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

İnterPoata.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26