Interposta.Info

Bakıda evdən 40 min manatlıq oğurluq edildi

Ölkə
 9-08-2023, 12:05     233

Bakıda evlərin birindəın külli miqdarda pul və qızıl zinət əşyası oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "İnterPosta"ya verilən xəbərə görə, avqustun 4-də Nərimanov rayonu ərazisindəki evlərin birindən 8.500 manat, 11.000 dollar pul və 13.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsi və Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Abbas Ələkbərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26