Interposta.Info

Dəmiryol stansiyasında problem: Sərnişin sıxlığı yarandı - YENİLƏNİB + VİDEO

Ölkə
 7-08-2023, 09:15     120

Sumqayıt-Bakı dəmiryol stansiyasında turniketdə yaranan texniki problemi aradan qaldırmaq mümkün olmayıb.

Oxu.Az xəbər verir ki, dəmiryol işçiləri yaranan problemlə bağlı ətraflı məlumat vermədikləri üçün bu, sərnişinlərin narazılığına və etirazına səbəb olub.

Nəticədə dəmiryol əməkdaşları sərnişinləri turniketin kənarından buraxmağa məcbur olublar. Bu səbəbdən də 07:55 qatarında həddən artıq sərnişin sıxlığı yaranıb.

08:17

Sumqayıt dəmiryol stansiyasında turniketlər işləmir.

Oxu.Az xəbər verir ki, bu səbəbdən onlarla insan platformaya keçə bilmir.

Dəmiryol əməkdaşının bildirdiyinə görə, turniketlər texniki səbəbdən sərnişinlərin kartlarını oxuya bilmir.

Bu səbəbdən 07:35 qatarına çatmağa çalışan sərnişinlər uzun müddət gözləmək məcburiyyətində qalıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26