Interposta.Info

Bakı - Sumqayıt qatarı yolda qaldı

Ölkə
 14-03-2019, 19:32     10 446

Bakıdan Sumqayıta gedən elektrik qatarı yolda qalıb.

Bakı Dəmiryol Vağzalından 18:30-da yola düşən nəqliyyat vasitəsi 15 dəqiqə sonra Biləcəri stansiyasında dayanıb.

Sərnişinlər Biləcəri qəsəbəsində düşdükdən sonra qatar yola davam edə bilməyib.

Maşinist bunu texniki problemlə əlaqələndirib. Hərəkət, təxminən, 10 dəqiqə sonra bərpa edilib./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26