Interposta.Info

 

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşdü

Ölkə
 13-07-2023, 20:32     293

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Sahib İsa oğlu Əliyevin minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "İnterPosta"-ya bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib.

Hadisə nəticəsində 1964-cü il təvəllüdlü S.Əliyev xəsarət alıb.
Araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26