Interposta.Info

Tərtərdə 34 yaşlı kişi minaya düşdü (YENİLƏNİB)

Ölkə
 9-03-2023, 14:53     386

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda sakinin minaya düşməsi ilə bağlı açıqlama yayıb.

ANAMA-nın Mətbuat Xidmətindən "İnterPosta"-ya verilən məlumata görə, 2023-cü il 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

Məlumata əsasən, mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.

Hadisə ilə bağlı qurum tərəfindən araşdırma aparılır.

Araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Tərtərdə 34 yaşlı kişi minaya düşüb.

Bu barədə "İnterPosta"-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26