Interposta.Info

Masallıda gəncin faciəli ölümü: Babası ilə istirahətə gedibmiş - TƏFƏRRÜAT + YENİLƏNİB

Ölkə
 10-07-2023, 12:48     257

Masallıda doqquzuncu sinif şagirdi çayda boğularaq ölüb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Masallı rayonunun Qəriblər kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində baş verib.

Masallı rayonunun Təzə Alvadı kənd sakini 15 yaşlı Nurlan Maarif oğlu Novruzov babası ilə istirahət mərkəzlərinin birinə gediblər. Yeniyetmə ərazidən keçən Viləş çayında çimərkən baş nahiyəsi daşa dəyərək xəsarət alıb. Xəsarət alan Nurlan Novruzov suda boğularaq ölüb. Ətrafda olanların köməyi ilə onun cansız bədəni sudan çıxarılıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Masallı Rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, evin kiçik oğlu olan Nurlan 9-cu sinif şagirdi olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

09:56
Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.

Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su hövzəsində çimərkən boğulub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26