Interposta.Info

 

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Ölkə
 9-07-2023, 17:15     83

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, üç və daha çox doza vaksin vurduranların sayı 13, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 159, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 620, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 333 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26