Interposta.Info

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Ölkə
 26-01-2023, 17:45     142

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 350 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 114, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 23 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 940 202, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 401 798, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 876 797, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 397 440, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 167 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26