Interposta.Info

Nabranda avtomobil piyadanı vuraraq öldürüb

Ölkə
 8-07-2023, 15:28     270

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, Xudat-Nabran yolunun Nabran qəsəbəsi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Hacıbaba Xanmusayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən 1985-ci il təvəllüdlü Bəhruz Bayramovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26