Interposta.Info

 

Bakıda yanğın olan evdə meyit aşkarlanıb

Ölkə
 6-07-2023, 10:43     179

Bakıda yanğın olan evdə meyit aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan birotaqlı mənzildə bir ədəd çarpayı, bir ədəd yataq dəsti və döşəmə 5 kvadratmetr sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı bir nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26