Interposta.Info

Güclü sel Ağdamla Tərtəri də su altında qoydu (FOTO/VİDEO)

Ölkə
 1-07-2023, 19:58     136

İntensiv davam edən güclü yağıntılar Xaçınçaya da sel gətirib.

Bizim.media-nın yerli bürosu xəbər verir ki, çayın səviyyəsinin sürətlə artması müşahidə olunur.

Gələn sel Ağdamın işğaldan azad edilmiş Qızıl Kəngərli kəndi ərazisində, o cümlədən çay yatağı boyunca ağacları su altında qoyub, bəzi infrastruktura ziyan vurub.

Sel axını işğaldan azad edilmiş əraziləri keçərək Ağdam və Tərtər rayonlarına doğru irəliləyir.
Mütəxəssislər sel sularının partlamamış döyüş sursatları və minalar gətirmə ehtimalının olmasını bildirir.

Hələlik ciddi fəsadlar qeydə alınmayıb.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26