27 ildən sonra evinə döndü, muğam oxudu (VİDEO)

Sosial şəbəkələrdə işğaldan azad olunan evinə dönən bir gəncin muğam oxuması günün trendində çevirilib.
"İnterPosta"-nın məlumatına görə, sözügedən video muğam ifaçısı Malik Həsənova məxsusdur.
Malik Həsənov sosial media hesabında videonu paylaşıb və bu sözləri yazıb:
"Doğma kəndim Şurtan! Bu evdə doğulub, 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sanki təzədən uşaqlaşırsan".
Qeyd edək ki, Şurtan kəndi işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisindədir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26