Interposta.Info

 

Bayram namazının vaxtı açıqlandı

Ölkə / Manşet
 27-06-2023, 14:47     210

“Bayram namazında iştirak etmək istəyənlər səhər saat 9 radələrində məsciddə olsunlar”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, QMİ-nin bununla bağlı əmri yoxdur:

“Namazın hansı vaxtda qılınacağı məscidlərin ixtiyarındadır. Bayram namazı saat 9, 09:30, 10 radələrində qılına bilər. Lakin məscidlər əhaliyə saat 09:00-da qılınacağını elan ediblər. Qafqaz Müsəlmanlar İdarəsi əmr yox, tövsiyə verir".

F.Nurullayev qeyd edib ki, QMİ-nin fətvasında da namazın vaxtı ilə bağlı qərar yoxdur:

“Qafqaz Müsəlmanları İdarəsinin fətvasında göstərilib ki, bütün məscidlərdə namaz qılınacaq. Məscid rəhbərlikləri vaxtı saat 09:00 elan ediblər. Əhali yığılandan sonra müəyyən edəcəklər. Namazda iştirak etmək istəyənlər saat 9 radələrində məsciddə olsunlar”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26