Interposta.Info

 

Baş prokuror: “Azad olunan ərazilərdə quruculuq işlərinin necə böyük olmasının şahidi olmamaq mümkün deyil”

Ölkə
 22-06-2023, 18:35     206

İyunun 22-də Baş prokuror Kamran Əliyev işğaldan azad edilmiş Laçın şəhərinə gedib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Laçın rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimindən sonra Baş Prokurorluğun rəhbərliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən tabe rayon və ərazi hərbi prokurorlarının iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə açılış nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev zəruri tapşırıq və göstərişlərini verib.

Baş Prokuror bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə başlanmış, bir sıra beynəlxalq əhəmiyyətli layihələrə start verilmiş, o cümlədən ağıllı şəhər və kəndlərin inşasına başlanmış, enerji infrastrukturu qurulmuş, Zəngilan, Füzuli və Laçın rayonlarında beynəlxalq aeroportların tikintisinə başlanılmış, bunlardan Füzuli və Zəngilan aeroportlarının tikintisi başa çatdırılaraq açılışları edilmiş, Laçın aeroportunun isə qısa müddətdə açılışı nəzərdə tutulur.
Qeyd olunub ki, işğaldan azad edilmiş bütün ərazilərdə davam edən sürətli tikinti-quruculuq işləri Laçın rayonundan da yan keçməmişdir. Şanlı qələbə nəticəsində azadlığa qovuşmuş digər ərazilərdə olduğu kimi, Laçın rayonuna da həyat yenidən qayıtmış, sürətli quruculuq-bərpa işlərinə başlanmışdır. Laçın şəhəri qısa müddətdə işğaldan əvvəlki görkəmindən daha yaxşı görkəmə qayıtmağa başlamışdır. Burada Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər yüksək zövq və keyfiyyətlə icra edilir. Bu ərazilərə səfər edərkən aparılan quruculuq işlərinin miqyasının necə böyük olmasının şahidi olmamaq mümkün deyil.

Vurğulanıb ki, Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə Laçın rayonuna, o cümlədən Laçın şəhərinə səfər etməsi, aparılan bərpa-quruculuq işləri ilə əyani tanış olması, bu bölgənin ölkəmiz üçün böyük önəmini göstərir.

İnterPosta.info








Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26