Interposta.Info

Bakıda tüfeyli həyat tərzi keçirən şəxs xəstəxanada ölüb

Ölkə
 21-06-2023, 12:00     193

Bakıda tüfeyli həyat tərzi keçirən naməlum şəxs xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, paytaxtın Nərimanov rayonunda yerləşən Bakı Zooloji Parkının yaxınlığında tüfeyli həyat tərzi keçirən naməlum kişi cinsli şəxs 1 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib.

Meyitin xarici və daxili müayinəsi aparılıb, şəxsiyyətinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26