Interposta.Info

Bakıda bankın önündə özünü yandıran şəxs öldü

Gündəm
 9-06-2017, 11:48     784

Bakıda 15 gün əvvəl kredit borcu səbəbindən evinin əlindən alınmasına görə özünü yandıran şəxs xəstəxanada ölüb.

interposta.info APA-ya istinadən xəbər verir ki, mayın 24-də paytaxtın Səbail rayonu, Neftçilər prospekti, Azneft meydanı, "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək yandıran 64 yaşlı Ramiz Manafov aldığı yanıq xəsarətlərindən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

interposta.info bildirir ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26