Interposta.Info

Bakının mərkəzində bankın önündə özünü yandıran şəxsin

Ölkə
 24-05-2017, 18:47     712

Bu gün Bakıda bankın qarşısında özünü yandıran şəxsin fotoları yayılıb.

interposta.info
Lent.az-a istinadən xəbər verir ki, Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək yandıran 64 yaşlı Ramiz Manafovun feysbukda yayılıb.

Şahidlərin bildirdiyinə görə, müştəri banka gələrkən əlində sellofan paket olub. O, bank işçiləri ilə mübahisə etdikdən sonra özünü yandıracağını deyib. Məlumata görə, mübahisəyə səbəb müştərinin banka olan borcunun qarşılığında mənzilinin alınacağının deyilməsi olub.

Daha sonra bankın qarşısına çıxan şəxs özü ilə gətirdiyi benzini üstünə tökərək əlindəki alışqanla yandırıb. Onun arxasınca çıxan bankın işçiləri və mühafizə xidmətinin əməkdaşı yanğınsöndürən balonla alovun içərisində olan şəxsi söndürə biliblər.

Şəxsin əsas qol, boyun və üz nahiyyələri yanıb. Təcili yardıma özü əyləşə bilən şəxs xəstəxanaya aparılıb.

Qeyd edək ki, hazırda Respublika Yanıq Mərkəzində olan R.Manafovun vəziyyəti kritikdir.

interposta.info

Bakının mərkəzində bankın önündə özünü yandıran şəxsin

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26